Manşetüstü Maqazin

Azərbaycanlı aktyor Rusiya və Türkiyə istehsalı olan möhtəşəm layihədə BAŞ ROLDA – FOTO

“7 saat casting-auditiona gecikmişdim, təyyarənin nasazlığı ucbatından! Sonra 2 saat ərzində bacardığını ortaya qoymağa məcbursan! Sonra gözləyirsən! Sonra səni ilin ən böyük tarixi janrda çəkiləcək “Русский раб” yəni “Rus qul” 12 seriyalı filmində baş rollardan birinə təsdiq edirlər!”

XeberAl.az xəbər verir ki bu sözləri aktyor Kamran Ağabalayev instaqramda yazıb. O, bildirib ki, qarşılaşdığı çətinliklərə baxmayaraq, Rusiya və Türkiyə istehsalı olan layihədə əsas qəhrəmanlardan birini ifa edəcək.

Çəkilişlərə artıq start verilib. O, ekran əsərində Bəyazıd ağa obrazına həyat verəcək. Serialın çəkilişləri Türkiyədə və Rusiyada aparılacaq.

K.Ağabalayev daha sonra qeyd edib ki, bütün bu hadisələr Səbuhi Məmmədovun menecer iştirakı ilə həyata keçib:

“Və əlbəttə ki, heç bir tarixi layihə Sərxan müəllimdən yan keçmir, təşəkkürlər hər şeyə görə!” , – deyə o, əlavə edib.

Məlumat üçün bildirək ki, serialda türk, rusiyalı və gürcü aktyorlar da yer alacaq.

Layihənin rejissoru Elena Deniseviçdir. Bu, rejissorun tarixi janrda olan ilk serialı deyil. O, bundan əvvəl “Qızıl ordu” adlı ekran işinin rejissorluğunu edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir