Manşetüstü Şou-Biznes

Brilliant Dadaşova həyat yoldaşı haqqındaGİZLİ FAKTI açıqladı – VİDEO

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Akademik Teatrının direktoru Ədalət Hacıyevə üçün mahnı ifa edib.

Bu barədə sənətçi özü instaqramda məlumat verib. O, bildirib ki, mahnı həyat yoldaşına doğum günü ərmağanıdır. Artist daha sonra etiraf edib ki, həyat yoldaşı onu ötən illər ərzində bir dəfə də incitməyib.

“Ədalət müəllim bir neçə gün əvvəl doğum gününü qeyd edərkən demişdim ki, sənə musiqi həsr etmişəm. Mahnımız artıq hazırdır. Artıq 31 ildir ki, bu sözləri sənə gecə-gündüz söyləyirəm. 31 illik ailə həyatımızda bircə dəfə də olsun səndən incimədim. Bu mahnıda hər bir söz sənin ad gününə və sənə həsr olunur. Səni sevirəm”.

Qeyd edək ki, mahının müəllifi Fərid Kazımlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir