Cəmiyyət Manşetüstü

Vurğun Əyyubun yas mərasimi başladı – Foto (Yenilənib)

Sharing is caring!

Vurğun Əyyubun yaşadığı həyətdə yas mərasimi başlayıb.

XəbərAl.az məlumat verir ki, yas mərasiminə gələnlər arasında sabiq təhsil naziri Firudin Cəlilov, sabiq ədliyyə naziri İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı,Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı, millət vəkili Fazil Qəzənfəroğlu, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzi (MSDM) sədri İsa Qəmbər, hərəkat üzvləri, eləcə də mərhumun qohumları, tələbələri iştirak edirlər.

Xatırladaq ki, V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib. Onun ölümünə səbəb isə onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.

1992-1993-cü illərdə Vurğun Əyyub keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə ilk dəfə tələbə qəbulunun keçirilməsini təmin edib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib. Bir neçə il əvvəl partiyadan istefa verib.

 

 

 

 

 

 

 

 

 

 

***

Ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub vəfat edib.

Avropa.info xəbər verir ki, bu barədə APA-ya V. Əyyubun ailəsindən bildirilib.

Mərhum bu gün Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir