Kriminal manset

Bərdədə 19 yaşlı gənc bıçaqlandı

Sharing is caring!

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

XəbərAl.az xəbər verir ki, hadisə şəhərin Səttərxan küçəsində qeydə alınıb.

Rayon sakini, 2000-ci il təvəllüdlü Elmir Abdullayev bıçaqlanıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. E.Abdullayevə döş qəfəsinin sol kürək nahiyəsində və sağ baldırın aşağı nahiyəsində kəsilmiş deşilmiş diaqnozu qoyulub.

Hadisəni törədən şəxsin kimliyi məlum deyil. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir