Mədəniyyət

Maqomayevlərin ulu yurdu – VİDEO

Sharing is caring!

Dahi bəstəkar, dirijor, pedaqoq Müslüm Maqomayev əslən Qaxın İlisu kəndindəndir. Atası Məhəmməd kişinin rayonun qədim “İçəribazar” məhəlləsində dəmirçi emalatxanası olub. Müslüm Maqomayev də 1885-ci ildə elə burada, atasının dəmirçilik etdiyi və yaşadığı evdə doğulub. Daha sonra bəstəkar Vladiqafqaz şəhərinə köçüb. 

Tarixçilərin sözlərinə görə, 1902-ci ildə Qori seminariyasında təhsil alarkən Müslüm Maqomayev atasının vəsiyyətinə əməl edir və Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovla İçəribazar məhəlləsini, ata yurdunu ziyarət edir. İndi həmin evin qarşısında bu tarixi faktla bağlı lövhə də vurulub.

Maqomayevlər ailəsi qədim “İçəribazar” küçəsindən köçdükdən sonra yaşadıqları evdə bu vaxta qədər bir neçə ailə qalıb. Hazırda da burada yaşayış var. Ancaq bu evlər tarixi abidə kimi dövlət tərəfindən qorunur. Azərbaycanın böyük şəxsiyyətlərinin ata yurdu Qax sakinləri və rayona gələn qonaqlar tərəfindən ziyarət olunur. Həmin ərazidə yerləşən evlərin fasadlarında bəzi dəyişikliklər edilsə də, müəyyən vaxtlarda yeni binalar tikilsə də, məhəllədə olan evlərin görkəmi demək olar ki, 142 il öncə olduğu kimi qalır.

Qeyd edək ki, bəstəkar Müslüm Maqomayev 1937-ci ildə Rusiyanın Nalçik şəhərində vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub. Onun nəvəsi, dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayev isə Bakıda doğulub. O, 2008-ci ildə Moskvada dünyasını dəyişib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir