Mədəniyyət

Cennifer Lopez uşaq vaxtı anasının ona psixoloji təzyiqindən danışıb – FOTO/VİDEO

Sharing is caring!

Amerikalı aktrisa və müğənni Cennifer Lopez uşaq ikən anası Qvadalupe Rodriges tərəfindən psixoloji zorakılığa məruz qalıb.

Bu barədə aktrisanın özü “Netflix”in “Halftime” sənədli filmində danışıb.

“Anam həyatda qalmaq üçün nə lazımdırsa edirdi. Bu, onu gücləndirdi, amma həm də sərtləşdirdi. O məni cana gətirmişdi”.

Qvadalupe Rodriges də filmdə Lopezə, həmçinin onun iki bacısı Lesli və Lindaya qarşı qəddar olduğunu etiraf edir.

Qeyd edək ki, Puerto-Rikodan mühacir olan qadın Bronksda əri Devidlə üç qızını böyüdüb, qızlar böyüyəndən sonra isə ərindən boşanıb.

“Mənim həmişə onlardan yüksək gözləntilərim olub. Bu, tənqid deyildi. Bu, sadəcə olaraq daha yaxşısını edə biləcəklərini göstərmək üçün idi”, – deyə Rodriges bildirib.

“Cennifer, düzünü desəm, aralarında mənə ən çox əziyyət verəni idi. Tez-tez baş-başa gəlirdik”, – deyə o əlavə edib.

Cennifer Lopez onunla gələcəyi ilə bağlı davamlı münaqişələr səbəbindən 18 yaşında evi tərk edib.

Müğənni rəqslə maraqlandığı üçün dərslərinə lazımi diqqət yetirmədiyini və qalmaqalların əsas səbəbinin də bu olduğunu etiraf edib.

Mənbə: New York Post

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir