Mədəniyyət

“Bakılı oğlanlar” və “Mahaçqala avaraları”nın birgə hazırladıqları filmin “Fazil”i dünyasını dəyişdi – FOTO

Sharing is caring!

Dağıstanda “Mahaçqala avaraları” ŞHK komandasının üzvü, komediya aktyoru Xəlil Musayev 48 yaşında vəfat edib.

Bu barədə Dağıstanın mədəniyyət naziri Zarema Butayeva bildirib.

Xəlil Musayev 1974-cü ilin mayında Mahaçqalada anadan olub. 1990-cı illərdə “Mahaçqala avaraları” (“Махачкалинские бродяги”) komandasının üzvü olub.

Yeri gəlmişkən, xatırladaq ki, o, rejissoru Cavid İmamverdiyev olan, “Bakılı oğlanlar” və Dağıstanın “Mahaçqala avaraları” komandalarının üzvlərinin iştirakı ilə çəkilən “Bir dəfə Qafqazda” kinokomediyasında “Fazil” rolunu canlandırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir