Dünya

Çempionluq yarışında “Arsenal”a zərbə: İki qolluq üstünlüyü əldən verdilər – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında XXXI tur davam edir.

Oxu.Az xəbər verir ki, lider “Arsenal” “Vest Hem”in qonağı olub. Matçda qalib müəyyənləşməyib. “Topçular” 7-ci dəqiqədə Qabriel Jezuş və 10-cu dəqiqədə Martin Edeqorun qolları ilə iki topluq üstünlük qazansalar da, ilk yarının sonuna qədər Said Benrahma penaltidən hesab arasındakı fərqi azaldıb. 55-ci dəqiqədə isə Carrod Bouen hesabı bərabərləşdirib – 2:2.

“Arsenal” hazırda 74 xalla vahid liderdir. Komanda 70 xalı olan ikinci “Mançester Siti”dən bir oyun çox keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir