Mədəniyyət

Nazir: “Azad olunan ərazilərdə 404 abidə və 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkarlanıb”

Sharing is caring!

“Azad olunan ərazilərdəki abidələrin monitorinqi hələ də davam edir. Çünki ərazilər minalıdır. Amma monitorinqlər aparılır”.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq xeyli sayda tarix-mədəniyyət abidələri aşkarlanıb:

“Reyestrdə olan 706 abidədən 404-ü aşkar etmişik. Bundan başqa, azad olunan ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkarlanıb. Məlumatlar əldə olunandan sonra abidələr təsnifatlaşdırılır və dağıdılma dərəcəsinə və əhəmiyyətinə görə prioritetləşdirilir. Bundan sonra bərpa və ya konservasiya mərhələsi olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir