Mədəniyyət

Bu gün Xalq artisti Zabit Nəbizadənin doğum günüdür

Sharing is caring!

Bu gün Xalq artisti Zabit Nəbizadənin doğum günüdür.

O, 1965-ci ildə Şamaxıda anadan olub. 

Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun “Solo oxuma” (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivinin rejissoru” fakültəsində təhsil alıb.

2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır.

Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil edib. 2005-ci ildə “Əməkdar artist”, 2011-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.

Görkəmli xanəndəmizi təbrik edir, ona uzun ömür və cansağlığı arzulayırıq!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir