Dünya

Rusiya XİN Qərbin onlara qarşı proksi müharibə apardığını iddia edib

Sharing is caring!

Qərb Rusiyaya qarşı proksi müharibələr strategiyasını seçib ki, bunun da ciddi nəticələri ola bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov bildirib.

Diplomatın sözlərinə görə, Qərb nüvə “üçlüyü” – ABŞ, Böyük Britaniya və Fransa nüvə ölkələri arasında münaqişənin yolverilməzliyi prinsiplərindən uzaqlaşır. Yermakov hesab edir ki, NATO da özünü eyni şəkildə aparır.

“Bu ölkələr açıq şəkildə Rusiya ilə proksi müharibəsi strategiyasını seçiblər. Belə balanslaşdırma  ən ağır nəticələr doğura bilər” – deyə şöbə müdiri bildirib.

Mənbə: Rambler.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir