Mədəniyyət

Nazirlik Fikrət Əmirovun əsərinin erməni bəstəkarın adından tanıdılması faktını təkzib etdi

Sharing is caring!

Mədəniyyət Nazirliyi uzun müddətdir ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinad edilərək görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

XəbərAl.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamaya görə, bu məlumatlar həqiqəti əks etdirmir. 

Belə ki, Fikrət Əmirovun “Qarabağ inciləri” kompozisiyası kimi hesab edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil.

Fikrət Əmirovun belə bir adda əsəri olmayıb və sözügedən kompozisiyanın da ona aidiyyəti yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir