Mədəniyyət

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər

Sharing is caring!




Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı statusu alması üçün müraciət ünvanlanacaq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib və çıxış edib.

XİN başçısı çıxışı zamanı iştirakçı nazirlərə MDB çərçivəsində iqtisadi-ticarət, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında Azərbaycanın baxışı barədə məlumat verib.

“Bundan əlavə, Azərbaycanın qarşıdan gələn COP29-a ev sahibliyi etməsi, MDB-2025 Oyunlarının Gəncə şəhərində keçirilməsi, eləcə də Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı statusu alması üçün müraciətlə bağlı görülən işlər barədə məlumat verilib”, – paylaşımda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir