Mədəniyyət

Kinomuzun unudulmaz “İsmayıl”ı – Ceyhun Mirzəyevin doğum günüdür – FOTO/VİDEO

Sharing is caring!




Bu gün kinomuzun unudulmaz “İsmayıl”ı Ceyhun Mirzəyevin doğum günüdür.

Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.

O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, daha sonra isə Moskvada təhsil alıb.

Ceyhun Mirzəyevin 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub.

O, ilk dəfə 11 yaşı olanda “Görüş” filmində “Şıxəlinin oğlu”nun obrazını yaradıb. On iki yaşı olanda isə “Ögey ana” filminə dəvət alıb və yaddaşlardan silinməyən “İsmayıl” obrazını yaradıb. Məhz bu obrazla Ceyhun kino sahəsində ən böyük uğurunu qazanıb.

Ceyhun Mirzəyev “Azərbaycanfim” kinostudiyasında müxtəlif peşələrdə çalışıb və bir neçə filmə quruluş verib.

Rusiyalı rejissor Georgi Koltunovun çəkdiyi “Qara qağayı” (1962) filmində baş rolun ifaçısı olub.

“Mozalan” satirik kino jurnalının bədii rəhbəri olmaqla yanaşı, bir çox süjetlərin də müəllifi olub.

Qarabağ müharibəsindən bəhs edən “Fəryad” filmi müəllifin son işidir. Lakin özü bu filmin premyerasında iştirak edə bilməyib. Məhz “Fəryad” filmindəki şücaətinə görə o, “Bakılı” cəmiyyətinin “Humay” mükafatına layiq görülüb.

Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta dövrünün ən məşhur satirik verilişlərindən olan “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Ceyhun Mirzəyev 1994-cü il martın 5-də 46 yaşında qəfil ürək çatışmazlığından dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir