Mədəniyyət

Türkiyəli musiqiçi Sertap Erenerdən “Avroviziya” sürprizi – FOTO/VİDEO

Sharing is caring!


2003-cü ildə “Avroviziya”da Türkiyəyə birincilik gətirən Sertap Erener uzun illərdən sonra yenidən mahnı müsabiqəsində səhnəyə çıxmağa hazırlaşır. Belə ki, o bu il tədbirin keçiriləcəyi İsveçdən dəvət alıb.

Bu barədə məşhur ifaçı İstanbulda keçirdiyi konsertdə elan edib.

Ulduzun sözlərinə görə artıq hazırlıqlara başlayıb.

Sertap Erener yenə “Everyway That I Can” mahnısı ilə müsabiqəyə qatılacağını, ancaq bu dəfə fərqli versiyada ifa edəcəyini vurğulayıb.

Qeyd edək ki, 2024-cü il “Avroviziya” Mahnı Müsabiqəsinin yarımfinalları 7-9 may tarixlərində, finalı isə mayın 11-də İsveçin Malmö şəhərindəki “Malmö Arena”da keçiriləcək.

Mənbə: ntv.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir