Mədəniyyət

“Grammy”də qalmaqal: Üç mükafat aldı, ancaq mərasimi əliqandallı tərk elədi – VİDEO

Sharing is caring!


66-cı “Grammy” mükafatlandırma mərasimində üç mükafat qazanan reper Killer Mayk (əsl adı Maykl Santyaqo Render) onları aldıqdan dərhal sonra polislər tərəfindən həbs olunub və zaldan əliqandallı şəkildə çıxarılıb.

Killer Mayk “Michel” albomuna görə “Ən Yaxşı Rep Albomu”, həmçinin “Scientists & Engineers” adlı rep üçün “Ən Yaxşı Rep İfası” və “Ən Yaxşı Rep Mahnısı” mükafatlarını qazanıb.

Məlumata görə, repçi mükafatlandırma mərasimi ilə bağlı olmayan xırda qanun pozuntusuna görə həbs edilib.

Mənbə: The Hollywood Reporter

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir