Mədəniyyət

Rüstəm İbrahimbəyovun doğum günüdür

Sharing is caring!


Bu gün yazıçı, nasir, dramaturq Rüstəm İbrahimbəyovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub.

Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.

1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarında tamaşaya qoyulub. 1989-cu ildə “İbrus” (İb – İbrahimbəyov, rus – Rüstəm) şirkətini və eyni adlı teatrı təsis edib. 

İlk həyat yoldaşı Şöhrət İbrahimbəyovadan 1972-ci ildə Fuad İbrahimbəyov (hazırda rejissordur) dünyaya gəlib.

İkinci həyat yoldaşı Xalq artisiti Lyudmila Duxovnayadan 1974-cü ildə Fatimə İbrahimbəyova (o da rejissordur) dünyaya gəlib.

1976-cı ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına, 1979-cu ildə Lenin komsomolu mükafatına, 1980-ci ildə Azərbaycan SSR dövlət mükafatına, 1981-ci ildə SSR dövlət mükafatına, 1993; 1995; 1997; 1999-cu illərdə Rusiya Federasiyasının dövlət mükafatlarına, 1995-ci ildə “Rusiya Federasiyasının əməkdar incəsənət xadimi” fəxri adına, 1998-ci ildə “Azərbaycan Respublikasının Xalq yazıçı” fəxri adına, 1999-cu ildə “Şöhrət” və III dərəcəli “Vətənə xidmətə görə” (Rusiya Federasiyası) ordenlərinə, 2000-ci ildə Ədəbiyyat və İncəsənət ordeni komandoru (Fransa), 2001-ci ildə Müstəqil Dövlətlər Birliyinin fəxri fərmanına, 2006-cı ildə “Teatr Xadimi” qızıl medalına, 2009-cu ildə Moskva Dövlət Dumasının fəxri fərmanına, 2011-ci ildə “Qızıl Portağal” mükafatına (Türkiyə) layiq görülüb.

Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat edib. 13 mart 2022-ci ildə sənətkarla Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilib. 16 martda nəşi Bakıya gətirilib. Sənətkar Birinci Fəxri xiyabanda dəfn olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir