İqtisadiyyat

SOCAR istiqrazlarının 5-ci kupon ödənişi edildi

Sharing is caring!

Nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının 1 milyon 125 min ABŞ dolları dəyərində növbəti kupon ödənişi 1 fevral tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

“SOCAR Capital” şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilən SOCAR istiqrazları, 2023-cü ilin 1-ci, ümumilikdə isə 5-ci faiz ödənişi olub. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 5 milyon 625 min ABŞ dollarına yüksəlib.

Tədavülə buraxıldığı son 15 ay ərzində təkrar bazar əməliyyatları həcminin 31 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 380-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR istiqrazlarına yüksək tələbatın göstəricisidir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2023-cü ilin mayın 1-də baş tutacaq.

Xatırladaq ki, 5 illik tədavül müddətinin sonunda investorlara cəmi ödəniləcək qazanc məbləği 22,5 milyon ABŞ dolları təşkil edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir