Mədəniyyət

Əməkdar artist açıq ürək əməliyyatı olundu

Sharing is caring!


Əməkdar artist, rejissor Sərvər Əliyev açıq ürək əməliyyatı keçirib.

Bu barədə “Qaynarinfo”ya onun özü məlumat verib.

Rejissor əməliyyatın uğurlu keçdiyini vurğulayıb:

“Ürəyimdə altı damarı dəyişiblər. Həkimlər müalicəmi davam etdirirlər. İnşallah vəziyyətim yaxşı olar”.

Qeyd edək ki, bir neçə il əvvəl Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissoru Sərvər Əliyevin ürəyində problem yaranıb.

Rejissorun ürəyinə ayrı-ayrı illərdə üç dəfə stent qoyulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir