Mədəniyyət

Ulduzlar “Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimində diqqət çəkiblər – FOTO

Sharing is caring!


Məşhur aktrisa və müğənni Cennifer Lopes 2024-cü il “Qızıl Qlobus” Mükafatlarının təqdimetmə mərasimində qonaq olub.

54 yaşlı müğənni “Nicole + Felicia Couture”dən olan çəhrayı libası ilə diqqəti cəlb edib. Görünüşünü gözqamaşdıran “Boucheron” zinət əşyaları, “Judith Leiber clutch”dan çanta və “Christian Louboutin”dən ayaqqabıları ilə tamamlayıb.

“Taxt-tac oyunları”nın ulduzu Pedro Paskal isə  mükafatlandırma mərasimində qolundakı sarğı ilə yadda qalıb. O, qara şalvar, rəngli köynək və qolunda sarğı ilə hamının diqqətini çəkib.

Məlumata görə, 48 yaşlı aktyor bir müddət əvvəl yıxılaraq qolunu sındırıb.

Selena Qomes mükafatlandırma mərasimində asimmetrik geyiminə görə tənqid edilib. Müğənni tədbirə “Giorgio Armani”dən asimmetrik ətəyi olan, qırmızı paltar geyinib. O, obrazını “Christian Louboutin”dən ayaqqabıları və çoxlu zinət əşyaları ilə tamamlayıb.

Qeyd edək ki, pərəstişkarları müğənninin imicini bəyənməyiblər. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar ediblər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir