Mədəniyyət

Təcavüzdə ittiham olunan Jerar Depardyeyə “mədəni” cəza – FOTO

Sharing is caring!


Məşhur aktyor Jerar Depardyenin mum fiquru Parisdəki Qreven muzeyindən çıxarılıb.

Məlumata görə, bu, cinsi qısnamada şübhəli bilinən aktyora qarşı yeni ittihamlardan sonra baş verib.

Qeyd edək ki, aktrisa Elen Darras daha əvvəl Depardyeni 2007-ci ildə çəkiliş meydançasında ona təcavüz etməkdə və qadınlar haqqında nalayiq ifadələr işlətməkdə ittiham etmişdi.

Bu, Depardye üçün ilk belə ittiham deyil: ondan çox qadın müxtəlif vaxtlarda aktyorun cinsi təcavüzünə məruz qaldığını iddia edib. Özü isə həmişə hər şeyi inkar edib.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir