Mədəniyyət

Alla Puqaçovanın Kiprdə halı pisləşib

Sharing is caring!


Rusiya estradasının primadonnası Alla Puqaçovanın Kiprdə alış-veriş zamanı halı pisləşib.

Bu barədə xəbəri obyektin müştəriləri veriblər.

“Alla Borisovna səhhətinin pis olduğunu gizlətmədi. Satıcıya səhhətindən şikayət etdi. O, hətta daha böyük ölçüdə ayaqqabı almağa məcbur oldu. Əvvəlki ayaqqabılarının daha ayağına gəlmədiyini, hər gün ayaqlarının şişdiyini dedi. Gözümə yaxşı görünmədi”, – deyə müştəri bildirib.

Onun sözlərinə görə, A.Puqaçova küçədə mühafizəsiz, yalnız köməkçisi və sürücüsü ilə olub.

Sənətçinin butikdən beş min avro dəyərində alış-veriş etdiyi bildirilib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir