Mədəniyyət

Gürcüstanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib – FOTO

Sharing is caring!


Gürcüstanın Marneuli şəhərində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, konsert Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Mərkəzin icraçı direktoru Murad Muradov çıxş edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Ümumilli Liderin gürcü xalqına və Gürcüstanda yaşayan soydaşlarımıza hər zaman diqqət və qayğı göstərdiyini qeyd edib.

Diasporla İş üzrə Dövlər Komitəsinin şöbə müdiri Vüsal Məmmədov çıxış edərək dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

V.Məmmədov bildirib ki, noyabrın 12-i Azərbaycanda həm də Konstitusiya Günüdür. Azərbaycanın əsas Ana qanunun hazırlanmasında Ümummilli Liderin rolunu xüsusi qeyd edən şöbə müdiri konsertin məhz bu gün keçirilməsinin də təsadüfi olmadığını bildirib.

O deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Bugünkü konsert də həmin qayğının nümunəsidir.

Sonra Azərbaycandan gəlmiş incəsənət ustaları, Muğam müsabisənin laureatı Ayşən Mehdiyeva “Qarabağ”, “Neynim”, “Nə mutlu türküm deyənə”, Tbilisidə yaşayan soydaşımız tarzən Rasim Pirməmmədov “Ay Laçın”, “Qarabağ”, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin solisti Fəxri Kazım Nicat “Azərbaycan”, Gürcüstanda yaşayan müğənni Şaban Məmmədov “Sarı gəlin”, aşıq Nargilə “Aşıq havası” və Gürcüstan Azərbaycanlılarının rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsert proqramını Marneuli rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, paytaxt Tbilisidən, Bolnisi, Qardabani və Rustavidən gəlmiş insanlar izləyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir