Mədəniyyət

Laçında kinoteatr binasının açılışı olub – FOTO

Sharing is caring!


İşğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın binası yenidən bərpa olunaraq fəaliyyətə başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, hüquq-mühafizə orqanları və Bakı Abadlıq Xidməti MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

Kinoteatr binasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası 8 aya bərpa olunub. 1700 kvadratmetrlik ərazinin 1000 kvadratmetrə yaxın hissəsində klub inşa edilib. 230 oturacaqdan ibarət olan klubun binasının daxili 350 kvadratmetr, səhnənin ölçüsü 82 kvadratmetr, ekranın ölçüsü isə 70 kvadratmetrdir. İlk dəfə olaraq Laçında “Mən burdayam, İlahi” adlı Azərbaycan filminin nümayişi olub.

Laçın sakinləri öz dədə-baba yurdlarımda kinoteatr binasında film təqdimatını alqışlarla qarşılayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir