Mədəniyyət

DOST İnküziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının Zəfər sevinci – VİDEO

Sharing is caring!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Zəfər Gününə həsr olunmuş yeni klip-layihə təqdim edib.

Mərkəzin təlimçiləri və benefisiarlarının iştirakı ilə musiqisi Tərlan Məmmədhüseynov və Elçin Cəfərova, sözləri Xalq şairi Sabir Rüstəmxanlıya məxsus olan “Zəfər” mahnısına klip çəkilib. Kompozisiyanı benefisiarlar – Xaliq Şərifov, Səbinə Əsgərova, Nicat Allahyarov, həmçinin Gənc İfaçıların 4-cü Respublika Müsabiqəsində I yerin sahibi Səməd Novruzov, VII Muğam Televiziya Müsabiqəsinin xüsusi mükafatçısı Suma Tapdıqova səsləndiriblər. Klipin musiqi tərtibatı Rasim Məmmədova məxsusdur.

İfaçıları tarda Mərkəzin təlimçiləri – Əməkdar artist Şəhriyar İmanov, violonçeldə Orxan Cumayev və inklüziv ansamblı müşayiət edib. Klipin çəkilişləri Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir