Mədəniyyət

Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən film gələn il təhvil veriləcək

Sharing is caring!


“Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filmi gələn il təhvil veriləcək”.

“Report” xəbər verir ki, bunu Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev Azərbaycan III “Korkut Ata” Film Festivalı ilə əlaqədar keçirilən Zirvə görüşündə deyib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən çoxseriyalı filmin 120 çəkiliş gününün artıq 85-i yekunlaşıb:

“Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Hər seriya bir saat davam edəcək”.

O.Əliyev həmçinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə ekranlaşdırılan “Hadrut, sən azadsan” filminin çəkilişləri də artıq yekunlaşıb və gələn ay təhvil veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir