Mədəniyyət

Bakıda beynəlxalq caz festivalı keçiriləcək – FOTO

Sharing is caring!


Bakıda XVIII Beynəlxalq Caz Festivalı keçiriləcək.

Nazirlikdən verilən xəbərə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən və oktyabrın 15-dək davam edəcək festivalın builki proqramı da zəngindir.

Festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə cazsevərlərin zövqünü oxşayacaq.

Bakı Beynəlxalq Caz Festivalında 15 ölkədən musiqiçilər, o cümlədən “Grammy” mükafatı laureatları olan ifaçılar, bu mükafata namizədlər, Amerikadan caz və rep ifaçısı Teo Kroker, arfa caz ifaçısı Edmar Kastaneda və Qrequar Mare xüsusi proqramları ilə çıxış edəcəklər.

Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti keçiriləcək.

Builki caz bayramının proqramında gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” beynəlxalq müsabiqəsi də yer alıb. “Jazz & Vinyl” və “Grammy” sahibləri ilə, tədqiqatçı Fuad Axundov ilə görüşlər, rəssam Eldar Qurbanovun “Cazın ağ quşları” sərgisi də proqrama daxildir.

Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı haqqında ətraflı məlumatı festivalın rəsmi saytından əldə etmək mümkündür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir