Mədəniyyət

Rusiyadan qaçan məşhur aktyor Estoniyada həbs olundu – VİDEO

Sharing is caring!


Rusiyaya qarşı bəyanatları ilə tanınan rusiyalı aktyor Aleksey Panin Estoniya polisi tərəfindən saxlanılıb.

Bu barədə mediada kadrlar paylaşılıb.

Məlumata görə, tez-tez epataj tərzli çıxışları ilə gündəm olan Panin sərxoş olub və hoteldə olduğunu zənn edərək yad şəxslərin evinə soxulmağa çalışıb.

Bundan sonra o, yerli ayıltma məntəqəsinə aparılıb.

Bildirilir ki, Panin inzibati xəta törətdiyinə görə Estoniyadan Rusiyaya deportasiya oluna bilər.

Lakin “terrorçuluğa bəraət qazandırmaq”da şübhəli bilinərək Rusiya hökuməti tərəfindən beynəlxalq axtarışa verilən aktyoru vətənində beş ilə qədər həbs gözləyir. Bu səbəbdən Estoniya hökuməti siyasi səbəblərdən onu deportasiya etməyə bilər.

Rəsmi olaraq Panin və onun nümayəndələri vəziyyətlə bağlı şərh verməyiblər.

Qeyd edək ki, aktyor Ukraynaya qarşı müharibəni dəfələrlə pisləyib və ölkəsini tərk edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir