Mədəniyyət

Ermənistan Rusiyaya qarşı sanksiyaları yenidən tapdalayır: Bu dəfə “Barbie” və “Oppenheimer”lə – FOTO

Sharing is caring!


Ermənistan növbəti dəfə sanksiya altında olan Rusiyaya qanunsuz “kömək” edir.

Belə ki, sosial şəbəkələrdə yayılan məlumata görə, iyulun ortalarında dünya premyeraları baş tutmuş “Barbie” və “Oppenheimer” filmləri artıq avqust ayında Rusiya kinoteatrlarında nümayiş olunacaq.  

Məlumata görə, rus dilində dublyajla pirat nüsxələr Ermənistandan gətiriləcək. Kinoteatrlar artıq nümayişlərə hazırlığa başlayıb, afişalar vurulub.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibə başladan Rusiyaya dünyanın bir çox ölkələri, o cümlədən Avropa İttifaqı və ABŞ bir neçə dəfə ağır iqtisadi və siyasi sanksiyalar tətbiq ediblər.

Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü halları isə dəfələrlə yaşanıb və Avropa İttifaqı və ABŞ-nin müvafiq qurumları tərəfindən bu faktlarla bağlı araşdırmalara başlanılıb.

Eləcə də xatırladaq ki, azərbaycanlı tamaşaçılar “Barbie” və “Oppenheimer” filmlərini “CinemaPlus” kinoteatrlar şəbəkəsində izləyə bilərlər.

Mənbə: “Lentadnya” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir