Mədəniyyət

Film çəkilişləri zamanı operatoru güllələyən Bolduinin başı bəladan açılmır – FOTO

Sharing is caring!


Hollivud ulduzu Alek Bolduin əməliyyat keçirib.

Bu barədə onun həyat yoldaşı Hilariya xəbər verib.

Onun sözlərinə görə, aktyor ayağındakı xroniki ağrılardan əziyyət çəkib.

“Əməliyyat lazım idi. Çox şey yaşadıq, çox istəyirəm ki, Alek bu fəsli geridə qoysun”, – deyə o bildirib.

Bolduin özü qeyd edib ki, həyat yoldaşının dəstəyi ona ağrının öhdəsindən gəlməyə kömək edib. Ulduz, həmçinin ünvanına deyilən xoş sözlərə görə pərəstişkarlarına təşəkkür edib.

Xatırladaq ki, 2021-ci ildə “Pas” (“Rust”) filminin çəkiliş meydançasında Bolduin təsadüfən atışa hazır olan silahdan atəş açıb. Nəticədə operator Qalina Hançins və rejissor Coel Sousa yaralanıblar. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Bolduinə qarşı adam öldürmə ilə bağlı rəsmi ittiham irəli sürülüb. Daha sonra aktyora qarşı ittihamlar götürülüb və o, layihədə çəkilişlərini davam etdirə bilib. Filmin çəkilişləri isə faciədən 18 ay sonra başa çatıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir