Mədəniyyət

Yardım bitdi: Əlisa Nicat indi nə ilə dolanır?

Sharing is caring!


Yazıçı-filosof Əlisa Nicata birillik təqaüd veriləcək.

Bu barədə Kult.az-a yazıçının özü hazırkı dolanışığı ilə bağlı deyib.

O bildirib ki, yaşadığı maddi çətinliklərin gündəmə gəldiyi vaxt bir xeyli dəstək alıb:

“Evimdə istilik sistemi yox idi, çox sağ olsunlar, çəkdirdilər. Bir neçə min pul yığılmışdı – qonşulara, mağazalara, dövlətə olan borclarımı ödədim, qalanı da günlük ehtiyaclara sərf olundu. Kömək edənlər sağ olsunlar. Yazıçılar Birliyindən təqaüd söz veriblər. May ayından gələn ilin mayına qədər birillik üç yüz manat aylıq təqaüd veriləcəyini bildiriblər, sonrası da Allah kərimdir” 

Qeyd edək ki, Əlisa Nicatın çətin vəziyyətdə yaşadığı barədə məlumatı ötən ilin dekabrında “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu ictimailəşdirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir