Mədəniyyət

Üstündən 6,5 tonluq maşın keçən “Qisasçı” ağrılar içində “qırmızı xalı”ya çıxdı – FOTO

Sharing is caring!


Amerikalı aktyor Ceremi Renner qartəmizləyən maşınla qəzasından üç ay sonra ilk dəfə qırmızı xalıda çıxış edib.

52 yaşlı Ceremi Renner və onun 10 yaşlı qızı Ava “Rennervations” serialının Los-Anceles premyerasında iştirak ediblər.

Aktyorun çoxsaylı xəsarətlərdən sonra hələ də yaşadığı “tonlarla ağrıya” baxmayaraq, Renner “qırmızı xalı”da gülümsəyib və səbirlə fotoqraflara poza verib.

Xatırladaq ki, Ceremi Renner yanvar ayında qardaşı oğlunun yük maşınını qarın altından çıxarmaq üçün qartəmizləyən maşından istifadə edib. Daha sonra qəza (əl) əyləcini aktivləşdirmədən maşından düşüb. Maşın aşağıya doğru hərəkət etməyə başlayıb. Aktyor qartəmizləyəni saxlamağa çalışanda isə tırtıllar onu maşının altına sürükləyib və o, Rennerin üstündən keçib. Nəticədə “Avengers”in ulduzu sümüklərinin 32 sınığı xəsarəti alıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir