Mədəniyyət

Xalq artisti İranə Tağızadə dəfn olundu – YENİLƏNİB + FOTO

Sharing is caring!


Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə dəfn olunub.

Oxu.Az xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər.

Qeyd edək ki, İ.Tağızadə ötən gün səhər saatlarında vəfat edib.

13:18

Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə ilə vida mərasimi başa çatıb.

Oxu.Az xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq artistinin nəşi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.

12:15

Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə ilə vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra mərhumun nəşi dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, İ.Tağızadə ötən gün səhər saatlarında vəfat edib.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir