Mədəniyyət

“Zaur”un “Təhminə”si yenidən Azərbaycan filmində – VİDEO

Sharing is caring!

Xalq yazıçısı Anarın əsəri üzrə çəkilmiş məşhur filmin Təhminəsi kimi tanınan türkiyəli aktrisa Meral Konrat yenidən Azərbaycan filmində rol alıb. 

Oxu.Az xəbər verir ki, aktrisa 30 ildən sonra “Elçilik” adlanan ekran işi ilə tamaşaçıların görüşünə gələcək. Film komediya janrındadır. 

Aktrisa “Bütün Azərbaycana sevgilərimi göndərirəm. Çox yaxında kinoteatrlarda sizinlə möhtəşəm heyət, çəkilişlə birgə, komediya filmi ilə qarşınızda olacağıq”, – deyə o, şəxsi “Instagram” səhifəsində izləyicilərə məlumat verib. 

Meral Konrata sənətçi həmkarlarından çoxlu dəstək gəlib. Azərbaycan izləyiciləri şərhlərdə aktrisanı yenidən filmdə görməyə şad olduqlarını yazıblar.

Qeyd edək ki, layihədə müğənni Xatun, aparıcılar Elgiz Əkbər, Pərvanə Tahirqızı, Teymur Məmmədov və Firuzə Balayeva da rol alıblar. 

Film mart ayında nümayiş olunacaq. Ekran işinin baş prodüseri Toğrul Hüseynli, quruluşçu rejissoru İlham Yaşaroğlu, ssenari müəllifi isə Əcəmi Əsədulladır. 

Şəlalə Babayeva

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir