Mədəniyyət

Elşən Rüstəmov: “Onunla bağlı ümidlərimiz yarımçıq qaldı”

Sharing is caring!

“Azərbaycan teatrı böyük insanı itirdi”.

Bu sözləri Oxu.Az açıqlamasında mərhum Azərbaycanın xalq artisti Ramiz Novruzun Yeni Yasamaldakı evində vida mərasimində iştirak edən həmkarı, Əməkdar artist Elşən Rüstəmov deyib.

Onun sözlərinə görə, sonuncu dəfə Ramiz bəyi görəndə səhhəti yaxşı deyildi:

“Yolda gördüm, hiss etdim ki, vəziyyəti yaxşı deyil. Səhhəti ilə bağlı çox nikbin insan idi. Xəstəliyini heç vaxt bildirmirdi. Biz onun sağalacağına ümid edirdik. Lakin get-gedə vəziyyəti daha da pisləşdi”.

E.Rüstəmov qeyd edib ki, o, gənc aktyorların ən böyük dəstəkçisi idi:

“O, bizim hər tamaşamızı izləyirdi. Çatışmayan cəhətlərimizi deyirdi. Kiçik uğurlarımıza belə sevinirdi. Böyük bir insanı itirdik. Çox ağırdır. Onunla bağlı ümidlərimiz yarımçıq qaldı”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir