Mədəniyyət

İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşı büdcədən pul mənimsəyir

Sharing is caring!

Dövlət əmlakını talayanı, büdcədə qara dəlik axtaranları qabağa çəkirlər. Sanki belələrini əlbəəl axtarırlar.
Hazırda İsmayıllı Regional Mədəniyyət İdarəsində baş mütəxəssis işləyən Gülər Abdullayeva da bu qəbildən olanlardandır. 2015-ci ildə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəkər xanım analıq məzuniyyətinə çıxır. Onu vəzifəsi ictimai əsaslarla Gülər Abdullayevaya həvalə edilir. G.Abdullayeva bu vəzifəni 2015-2017-ci illərdə icra edib.
Həmin dövrdə İsmayıllı rayon Mədəniyyət Şöbəsinin(ləğv edilib) müdiri Azər Abbasov olub və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin 30 komputerinin prosesorunu satıb. Maraqlıdır ki, direktor vəzifəsini icra edən Gülər xanım bunun qarşısı niyə almayıb?
2017-ci ildə Mədəniyyət Şöbəsi ləğv edilir və onu 5 rayonu əhatə edən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi yaranır. Bir müddət sonra isə, onu İsmayıllı Regional İdarəsi ilə əvəzləyirlər. Talançılar başa keçirlər. Azər Abbasov regional idarədə rəis müavini, bir müddət sonra isə G.Abdullayeva isə baş mütəxəssis olur.
Bu azmış kimi Gülər Abdullayevaya həmin idarədə həmkar vəzifəsi də həvalə edilib. Yəni, Həmkarlar İttifaqları Konfederasiyasının mədəniyyət işçilərinin İsmayıllı rayon üzrə məsul şəxsi olub. Bununla da, Gülər xanım iki yerdən maaş almağa başlayır. Həmkar və baş mütəxəssis maaşı. İsmayıllı Regional Mədəniyyət İdarəsində baş mütəxəssis və həmkar vəzifəsini daşıyan Gülər xanım köhnə ənənəsini davam etdirməyə başlayır. İlk analıq məzuniyyəti zamanı mənimsəməyə yol verir. İsmayıllı Regional Mədəniyyət İdarəsində baş mütəxəssis kimi analıq məzuniyyətinə çıxır. Lakin analıq məzuniyyətini Həmkarlar İttifaqı Konfederasıyasından gizlədir. Analıq məzuniyyəti dönəmində sözügedən ittifaqdan maaş alır. Beləliklə, dövlət büdcəsindən qara dəliyi tapır və arzusunda olduğu məbləği mənimsəyir.
Qeyd edim ki, gün kimi aydın olan qanunsuzluqlara Gülər xanımın himayədarına görə prokrorluq və aidiyyatı qurumlar müdaxilə edə bilmir. Xanımın həyat yoldaşı Vüsal Abdullayev İsmayıllı Rayon İcra Hakimiyyətində “Memarlıq və Tikinti şöbəsi”nin müdiridir.
Eyni zamanda, illərdi bu regional idarədə qanunsuzluqlar və ölücanların mövcudluğu hökm sürür. Regionalın sabiq rəhbərin dövründə xeyli təmizlənmə və qanunların icrası tətbiq edilsə də, yenidən hər şey Azər Abbasov və onun pul yığanı Şamo Nuğayev dönəmini xatırladır. Yerli rəhbərlikdəki şəxslərin yaxınları ölücan kimi işləyir, istədikləri kimi iş qrafiklərini pozurlar. Maliyyə Nazirliyinin bu məsələdən xəbəri olsa da, yenə də bəlli himayədarlara güzəşt edərək həmin şəxslərin maaş almasına münbit şərait yaradır.
Məsələ Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinə və Maliyyə Nazirliyinə maraqlı olsa, tam siyahını təqdim edə bilərəm.

Mənbə: Sarkazm.az 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir