Mədəniyyət

Su qıtlığından əziyyət çəkənlərin imdad yeri olan “21 nömrəli hamam”dan – FOTOREPORTAJ

Sharing is caring!

Hər bir xalqın özünəməxsus tarixi memarlıq abidələri var. Həmin abidələr xalqların tarixi keçmişinin göstəricisi hesab olunur.

Bəzən insanlar illər ötdükcə, həmin tarixi abidələrimizi unudurlar. Onlar da baxımsız vəziyyətə düşür.

Bu kimi tarixi abidələrimizdən biri də ötən əsrin 20-30-cu illərinə məxsus çox məşhur Bakıda “Drujba” kinoteatrının yaxınlığında yerləşən 21 nömrəli hamamdır.

Onu vaxtı ilə Bakının vizit kartı hesab edirmişlər. Kostruktivizm dövrünə aid olan memarlıq abidəsidir. Hamam sadə insanların istifadəsi üçün inşa edilib. Su qıtlığından əziyyət çəkən Bakı sakinləri, həmçinin yaxınlıqda yerləşən hərbi hissədən əsgərlər də bura gələrmişlər. Hamamın daha çox məşhurlaşdığı dövr ötən əsrin 90-cı illəri olub. Su problemi həllini tapdıqdan, köhnə evlərin yerinə müasir binalar salındıqdan sonra hamama ehtiyac qalmayıb, bina tədricən aşılanıb.

Photostock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir