Mədəniyyət

Paytaxtda tarixi abidəyə müdaxilə edənlər cəzalandırıldılar

Sharing is caring!

Bakının Qoqol küçəsində yerləşən XIX əsrə aid tarixi abidənin fasadına müdaxilələr olunması məsələsini Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəzarətə götürüb.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin əməkdaşı Fariz Hüseynli məlumat verib.

Bildirilib ki, sözügedən abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur:

“Tarixi abidələrdə aparılan hər hansı bərpa-konservasiya işlərinin layihələri mütləq şəkildə Dövlət Xidməti ilə razılaşdırılmalıdır. Bu tarixi-abidədə aparılan təmir işləri Dövlət Xidməti ilə razılaşdırılmadan həyata keçirilib.

Tarix-memarlıq abidələri onların memarlıq üslubuna, bədii-estetik görkəminə xələl gətirmədən iaşə obyekti kimi istifadə oluna bilər. Lakin tarixi abidənin qorunması, bütövlüyü təmin edilməlidir. 

Həmin abidənin fasadında, pəncərələrində edilən dəyişiklər qanun pozuntusudur. Odur ki, Dövlət Xidmətinin əməkdaşları məsələni aktlaşdırıb, cərimələr müəyyən olunub. Abidənin qorunması üçün lazımi addımlar atılacaq”.

Qeyd edək ki, tarixi abidəyə edilən müdaxiləni dünən memar Elçin Əliyev öz sosial şəbəkə hesabında yaymışdı.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir