Zaqatala rayonunda 3 yaşlı körpə bədbəxt hadisə nəticəsində ölüb. Xeberal.az xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 2020-ci il təvəllüdlü David Bəşirov tənəffüs yolunda alça qalması nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
İspaniya La Liqasında “Real Madrid” və “Barselona” komandaları arasında mövsümün ilk “el-klasiko”su keçirilib. Xeberal.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionundakı IX tur oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1. Oyunda hesabı “Real Madrid” açıb. Kərim Benzema 12-ci dəqiqə fərqlənib. 35-ci dəqiqədə Valverde Mendinin ötürməsindən sonra dəqiq oynayıb – 2:1. İlk hissə bu hesabla yekunlaşıb. […]
Ötən gün Xalq artisti Aygün Kazımova özünə təmtəraqlı ad günü keçirdi. Paytaxtın lüks məkanlarının birində təşkil olunan məclisə məşhur müğənnilər, mədəniyyət və ictimaiyyət nümayəndələri axın etdi. Lent.az-ın məlumatına görə, 52-ci yaşını təmtəraqla keçirən "diva"nın şad günündə barışan tanınmışlar da olub. Birinci addım Aygün Kazımova ilə küsülü olan aparıcı Kazım Sübhandan gəldi. O, məclisə gələrək, müğənniyə […]