Mədəniyyət

“Qarabağ” mahnısı niyə yarımçıq oxunurmuş…

Sharing is caring!

İndi dillər əzbəri olan -1972-ci ildə Bəhram Nəsibov tərəfindən (sözləri Rəfiq Zəka Xəndanındır) yazılmış “Qarabağ” mahnısı ilə əlaqədar təklifim var. Fikir verirsinizsə, onun yalnız birinci bəndi oxunur, ikinci bənd o zamanın tələblərinə uyğun yazıldığına görə üstündən keçilir.

Nəticədə belə gözəl bir (həm də aktual) mahnı yarımçıq ifa olunur. Ona görə, mən ikinci bəndə yüngül düzəliş (R.Z.Xəndanın ruhu bağışlasın) etmişəm və bunu oxucuların mühakiməsinə verirəm. 

“Qarabağ”

Söz: Rəfiq Zəka Xəndan
Mus: Bəhram Nəsibov

Sevgilim, seyrə çıxaq burda gəl ilk baharı.
Dil açır qəlbimizin ən şirin arzuları.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!

Nəqarət:

Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli,
Ruhumu burdan alıb Natəvanın qəzəli.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!

Tarlalarında neçə qəhrəman övladı var,
Əməyi güllər açan Xanları, Bünyadı var.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!

BU BƏNDİN ƏVƏZİNƏ – Təklif etdiyim variant:

Zirvələrində necə bayrağım dalğalanır,
Torpağın azad olub, yeni tarix yaranır.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir