Kriminal

Əmisinin evindən silahlar oğurlayan şəxs saxlanıldı – FOTO

Sharing is caring!

Xızıda əmisinin evindən silah oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə şəhər sakini Əli Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qardaşının oğlu Həsən Hüseynzadə saxlanılıb. Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub.

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb və Ə.Hüseynov da saxlanılıb. 

Hər iki şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir