Kriminal

Tovuzda kütləvi davada bir neçə nəfər bıçaqlanıb, ölən var

Sharing is caring!

Tovuz rayonunda kütləvi dava qanla bitib.

“Report” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Mübahisə zəminində düşən kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Anar Tağıyev, 1983-cü il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nizami Vəliyev bıçaqlanıblar. Onlardan N.Vəliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir