Kriminal

Azərbaycanda oğul anasını bıçaqladı

Sharing is caring!

Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, 22 yaşlı Eltun Kərimov anası Elnurə Kərimovanı bıçaqlayıb.

O, Ağdamda xəstəxanaların birində tibb bacısı kimi çalışır.

Qeyd edək ki, hadisəni törədən şəxs Gəncə Dövlət Universitetinin tələbəsidir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, iyul ayının 8-i saat 21:10 radələrində Ağdam rayon sakini Eltun Kərimov anası E.Kərimovanı münaqişə zəminində bıçaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib:

“Yaralı dərhal polis əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəxşdir. Keçirilmiş tədbirlərlə Elnur Kərimov saxlanılıb. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir