Kriminal

Qadınları hədəf alan cibgirlə soyğunçuluq edən şəxs saxlanılıblar – FOTO/VİDEO

Sharing is caring!

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tədbir nəticəsində əvvəllər məhkum olunmuş Ruslan Məmmədov tutulub. Aparılan araşdırmalar zamanı onun Xırdalan şəhəri ərazisində hərəkət edən avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub. 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı isə Xırdalan şəhərində soyğunçuluq edən əvvəllər məhkum olunmuş Valeri Kulikov saxlanılıb. 

Faktlarla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxslərin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.   

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir