Kriminal

Mağazadan 60 min manatlıq oğurluq edən işçi saxlanıldı

Sharing is caring!

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60.000 manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılıb. 

Faktla əlaqədar cinayət işi başlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir