Kriminal

Xüsusi əməliyyat, “obşak”a pul yığanlar saxlanıldı

Sharing is caring!

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə genişmiqyaslı xüsusi əməliyyat keçirib və bu zamanı 9 nəfər saxlanılıb. 

Xəbəral.az Gürcüstanın mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxslər Türkiyədə yaşayan “qanuni oğru”, “Çinka” ləqəbli Tengiz Xoperiyanın sifarişini yerinə yetiriblər.

Onlar kriminal avtoritetin nüfuzundan istifadə edərək, Tbilisi aeroportunun ərazisində işləyən taksi sürücülərindən əldə olunan gəlirin yarısını alıblar. Bu pul “obşak” üçün toplanılıb.  

Qeyd edək ki, azərbaycanlı mərhum “qanuni oğru” Rövşən Lənkəranskiyə yaxınlığı ilə bilinən Xoperiya, 1990-cı ildən bəri Gürcüstan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə beş dəfə həbs olunub. 2013-cü ildə azadlığa buraxılaraq Rusiyaya gedib. Hazırda 51 yaşlı Xoperiya azadlıqdadır və Türkiyədə yaşayır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir