Secme Xeberler

Azərbaycanımızın inkişafı,tərəqqisi göz qabağındadır

Sharing is caring!

Görülən işlər,qazanılan uğurlar,əldə olunan nailiyyətlər biz vətəndaşları sevindirməyə bilməz.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı barəsində çox eşitmişdim.Son bir il ərzində bu müəssisə haqqında mətbuatda çoxlu yazılar oxuyub,televiziya və radio vasitəsilə geniş məlumatlar əldə edə bilmişdim.
Pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmasından, müasir tələblərə uyğun bərpa müalicə şəraitinin yaradılmasını da xəbər tutmuşdum.Və sözsüz ki,bu yeniliklər bir ziyalı,bir müəllim;bir vətəndaş kimi məni çox sevindirdi.


Görülən işləri ölkə başçısı İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara, o cümlədən əliliyi olan şəxslərə  xüsusi qayğısının təzahürü kimi dəyərləndirirəm.
Qısa bir zaman ərzində müalicə almağım,mənə göstərilən diqqət və qayğı, səhhətimdə yaranan irəliləyiş yaşamaq ruhumu daha da artırdı.Respublikamızda bərpa müalicəsi  infrastrukturunun müasirləşdirilməsi məni çox sevindirdi.Pansionatda şəraitin əlilliyi olan şəxslərə müyəssərliyi də təmin edilib.Və burada fiziki məhdudiyyətli şəxslərin hərəkət imkanları üçün maneəsiz şəraitin yaradılması da alqışlara layiqdir..
Müalicə aldığım müddətdə pansionatda yüksək səviyyədə təşkil olunmuş zəfər bayramında iştirak etməyim bir qarabağlı kimi məni çox qürurlandırdı.Onu da qeyd edim ki,burada müalicə alanların əksəriyyəti Qarabağ savaşında rəşadət göstərmiş qazilərdir.
Bundan ələva onu da xatırlatmaq istəyirəm ki,müalicə aldığım ərəfədə pansionat rəhbərliyinin təşkilatçılığı ilə paytaxtakı Şəhriyar adına Mədəniyyət evində hazırlanan dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ədəbi-bədii kompazisiyasına tamaşa edə bildik.

Nüalicə aldığım müddətdə passentlərin asudə vaxtlarının maraqlı keçməsi üçün intellektual oyunlar da təşkil olunurdu..Keçirilən yarışın qalibi olduğum üçün təşkilatçı Aynur xanım Yarıyeva tələfindən fəxri fərmanla təltif olundum
Pansionatın baş həkimi Quluyeva Təranə xanım başda olmaqla bütün tibbi personalına sonsuz təşəkkürümü və ehtiramımı bildirirəm.
 
Ofelya Babayeva

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir