Kriminal

Sabunçu rayonunda 2 maşın toqquşub, 2 nəfər xəsarət alıb

Kürdəxanı dairəsində baş verən qəza zamanı İlqar adlı şəxsin idarə etdiyi “VAZ 21012” markalı minik avtomobili ilə Cavid adlı şəxsin idarə etdiyi “Volkswagen Passat” markalı maşın toqquşub.

APA xəbər verir ki, ilkin məlumata görə, hadisə “Volkswagen”-in geriyə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib.

Qəza zamanı “VAZ 21012”-də olan sürücü İlqar və onun həyat yoldaşı Səbinə adlı xanım xəsarət alıb.

Yaralılar təcili olaraq 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir