Kriminal

Mübahisə zamanı gəncin başı daşa dəyərək öldü

Sumqayıtda bədbəxt hadisə baş verib.

“XəbərAl.az” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.

Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib.

Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir