Gündəm manset

Masazırda “Sauna” işlədən qız: “Vecimə də deyil” – FOTOLAR

Sharing is caring!

Dünyanı cənginə alan COVİD-19 pandemiyası gözəgörünməz düşmən obrazında çox insanların ölümünə səbəb olur. Buna görə də hər bir dövlət maksimum dərəcədə virusa qarşı mübarizə tədbirləri həyata keçirir. Yaranmış vəziyyətlə bağlı Azərbaycanda da dövlət tərəfindən virusa qarşı mübarizə tədbirləri keçirilib və keçirilməkdədir.

Bildiyiniz kimi yaranmış vəziyyətlə bağlı Nazirlər kabineti yanında yeni yaradılan Operativ Qərargah tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Belə ki, sürətlə yayılmaqda olan virusun qarşısının alınması üçün Operativ Qərargah ilk növbədə sərt karantin rejimi elan etdi.

Aylarla bu proses müxtəlif formada dəyişərək davam etdirildi.

Nəhayət ki, tətbiq olunan sərt karantin rejimi nisbətən yumşaldıldı.

Bu zaman ərzində bir sıra müəssisə, idarə, fabrik və təşkilatlar fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldılar.

Bəli, artıq demək olar ki, ölkədə yaranmış bəlli problemlər nisbətən öz həllini tapıb. Amma bu o demək deyil ki, ölkəmiz virus bəlasından tamamilə canını qurtarıb.

Əsla!

Virusla mübarizə tədbirləri hələ də davam etdirili
r.

Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə bir sıra ümumi istifadə olunan iaşə obyektlərinin bağlı qalması barədə nazirliyin müvafiq qərarı var.

Qanunla fəaliyyəti müvəqqəti dayandırılan iaşə obyektləri arasında hamam “sauna” kimi fəaliyyət göstərən məkanlar da yer alıb.

Təəssüflər olsun ki, öz mənafeyini güdən bəzi şəxs və ya şəxslər var ki, dövlətin ali qanunlarına qarşı gəlməklə yanaşı əhalinin virusa yoluxma riskinin artmasına şərait yaradırlar. Bu isə o deməkdir ki, bəzi “ünsürlər” öz şəxsi maraqları naminə artıq 2 ildir ki, dövlətin koronavirus infeksiyasına qarşı apardığı mübarizəni görməzdən gəlib, sərvət peşindən yürüyürlər.

Məhz elə bu gün sizlərə təqdim edəcəyimiz “qəhrəman” da o şəxslərdən biridir. Belə ki, Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş 93 ərazisində qanunsuz fəaliyyət göstərən hamam “sauna” kimi məkanda qeydə alınmış görüntülü faktlar daxil olmuşdur. 

Fotogörüntülərdə əks olunur ki, sözügedən məkan qanunsuz fəaliyyət göstərməsinə baxmayaraq,günün istənilən vaxtında açıq şəkildə fəaliyyət göstərir. Məkanı işlədən Gözəl adlı xanım sözün əsl mənasında gözəl olmayan əməli ilə “fenomenə” çevrilib. Daxil olmuş fotoda da aydın görünür ki, hamam “sauna”da “şıdırğı” iş gedir.

Maraqlıdır ki, dövlət qanunlarına açıq şəkildə qarşı çıxan Gözəl xanım görəsən kürəyini hansı məmura söykəyib? Bu qədər arxayın fəaliyyət göstərir?

Qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə sözügedən iaşə obyektinin icarədarı Gözəl xanım ilə telefon əlaqəsi saxladıq. Pandemiya dövründə qanunsuz olaraq açıq şəkildə fəaliyyət göstərməsi barədə redaksiyamıza məlumat və fotogörüntülər daxil olduğunu bildirib, xanımın bu məsələyə münasibətini soruşduq.

Gözəl xanım bizdən votsap vasitəsilə əlimizdəki görüntüləri ona göndərməyimizi istədi. Biz isə məsələyə münasibətini bildirdikdən sonra məlumat dərc edilib, yayımlandıqda həmin görüntüləri görə biləcəyini bildirdik.

Sonra isə söhbətimizin əvvəlində “mən işləmirəm” deyən Gözəl xanım xahiş etdi ki: – “indi evdən çıxıram. İşə gedim, danışarıq.”
Aradan bir qədər keçdikdən sonra Gözəl xanım təkrar bizimlə telefon əlaqəsi saxladı:

– Müəllim, nə fikirləşdiniz?

– Gözəl xanım, biz sizin fikrinizi soruşduq ki, məlumatı dərc edərkən sizin də mövqeyinizə yer ayıraq.

– Mənim nömrəmi sizə kim verib?

– Biz mətbuatıq, istənilən məlumatı əldə etmək səlahiyyətlərimiz çərçivəsindədir.

– Müəllim, siz gəlin bura üzbəüz danışaq.

– Gözəl xanım, biz belə məlumatlar üçün obyektlərə getmirik. Danışmaq istəyirsiniz buyurub redaksiyamıza gələ bilərsiniz.

– Aha. Tamam o zaman. Mən heç ora gəlməyim. Siz mənə hesab kartınızı göndərin.

– Hesab kartımızı niyə göndərək? Siz suallarımıza cavab verin, biz məlumatımızı dərc edək.

Bu zaman Gözəl xanım çox aqressiv şəkildə:

– “Siz jurnalistsiniz, mən amma, oxumamış jurnalistəm. Əgər sən mənimlə heç nədə razılığa gəlməyəcəksənsə, mənə niyə zəng eləmisən? Bidənə bunun açıqlamasını ver mənə zəhmət olmasa” – deyə bizi ittiham etməyə çalışdı.

Biz Gözəl xanımın diqqətinə çatdırdıq ki, redaksiyamızda bütün telefon danışıqları qeydə alınır.

Amma, deyəsən bu sözümüz ilə xanımı daha da “alovlandırmış” olduq.

Bu dəfə Gözəl xanım daha aqressiv danışmağa başladı:

– “O mənim vecimə də deyil. Qeydə alınır lap yaxşı. Onda sən mənim nömrəmi sənə verənlərə de ki, bundan sonra onlar mənim canıma qurban olar. Daha məndən bir manat da görməyəcəklər. Get, nə bilirsən elə. Əlində də nə məlumat var, ver getsin. Bu heç mənim vecimə də deyil.”

Deyəsən Gözəl xanımın rüşvətlə çalışmaq kimi “pis vərdiş”i var imiş.

Sözügedən iaşə obyektinin qanunsuz fəaliyyəti ilə bağlı aidiyyəti üzrə Abşeron rayon Polis Şöbəsinə rəsmi sorğu göndərdik.

Sorğunu göndərdikdən təqribən 1 fəftə sonra Abşeron rayon PŞ ilə telefon əlaqəsi də saxlayıb sorğu ünvanladığımızı diqqətə çatdırdıq.

Lakin, göndərdiyimiz sorğudan 1 aya yaxın müddət keçməsinə baxmayaraq, sorğumuza hələ də cavab göndərilməyib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir